Çexiyanın “Viktoriya” (Jijkov) klubu qış təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi kollektiv “Banik”lə üz-üzə gəlib.

Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3. Fərid də bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra meydana çıxıb. Əvəzedici komandanın heyətində çıxış edən Samir isə bu görüşdə forma geyinməyib.