Nedved təsdiqlədi: Dibala ilə danışıqlara başlanılıb
- 24 Sen 2021 16:00
- 478
“Yuventus” Paulo Dibala ilə yeni müqavilə bağlamaq niyyətindədir.
Rekord.az xəbər verir ki, artıq tərəflər arasında danışıqlar başlayıb.
“Yuventus”un vitse-prezidenti Pavel Nedved bu haqda mətbuata açıqlama verib:
“Biz həqiqətən də Dibala ilə yeni müqavilə barədə danışıqlar aparırıq. Klub əmindir ki, razılıq əldə edəcəyik.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, “Yuve” 27 yaşlı futbolçuya 2025-ci ilin yayına qədər illik 8 milyon avro məvacib qarşılığında müqavilə təklif edib. Amma Dibala ilə 10 milyon avro məvacib tələb edib.