Neftçala Olimpiya İdman Kompleksində boks idman növü üzrə nümunəvi çıxışlar göstərilib.

Rekord.az xəbər vürir ki, nümunəvi çıxışlar Neftçala UGİM-nin məşqçi-müəllimi Əsgərov Elmin Əhmədağa oğlu tərəfindən nümayiş olunub.

Ümumilikdə 46 nəfər idmançının iştirakı ilə keçirilən tədbirdə məşqçi-müəllim iştirakçılara bu idman növünə olan marağın artmasından danışaraq, praktiki olaraq müxtəlif texniki fəndlər göstərdi.

Nümunəvi çıxışların keçirilməsində məqsəd boks idman növünün təbliği, texniki və taktiki hazırlıqların yüksəldilməsi, sağlam həyat tərzinə çağırışdan ibarət olmuşdur.

Sonda cütlüklər arasında qarşılaşmalar keçirildi.