"Heydər Əliyev İli" çərçivəsində Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Bankə qəsəbə güləş idman zalında yunan-roma güləş idman növü üzrə Uşaq Gənclər İdman Məktəbinin birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, ilk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Müxtəlif yaş qrupları və çəki dərəcələrində idmançıların mübarizə apardığı birincilikdə I, II və III yerə layiq görülənlər təşkilatçı qurum tərəfindən müvafiq diplomla təltif edilib