Neftçala rayon Bankə qəsəbəsinin idman meydançasında Yunan-Roma güləş idman növü üzrə ustad dərsləri keçirilib.

Rekord.az xəbər verir ki, dərslər Neftçala UGİM-nin məşqçi-müəllimi, fəxri bədən tərbiyəsi və idman işçisi Qubadov Bahadir Balaxan oğlu tərəfindən nümayiş olunub.

Ümumilikdə 28 nəfər yeniyetmə və gənclərin iştirakı ilə keçirilən tədbirdə məşqçi-müəllim iştirakçılara bu idman növünə olan marağın artmasından danışaraq, praktiki olaraq müxtəlif texniki fəndlər göstərdi.

Ustad dərsinin keçirilməsində məqsəd yunan-roma güləş idman növünün təbliği, texniki və taktiki hazırlıqların yüksəldilməsi, sağlam həyat tərzinə çağırışdan ibarət olmuşdur.

Sonda cütlüklər arasında yarışlar keçirilib.