"Neftçi" AFFA-nın cəzasını məşqçinin özünə ödədir
- 22 Noy 2019 11:00
- 969
Məlum olduğu kimi Premyer Liqanın III turu çərçivəsində keçirilmiş “Neftçi” – “Sumqayıt” oyununun 90+4-cü dəqiqəsində Etibar Tarıverdiyev rəqibin baş məşqçisi Ayxan Abbasova zərbə vurduğuna görə AFFA İntizam Komitəsinin 3 sentyabr 2019-cu il tarixli qərarı ilə 20 oyunluq cəzalandırılmışdı. Sonradan Apellyasiya Arbitraj Tribunalı cəzanın 20 matçdan 10-a, kluba tətbiq olunan 16 min manatlıq cərimənin isə 8000-ə endirilməsi qərarı vermişdi.
Rekord.az xəbər verir ki buna baxmayaraq klub məşqçiyə güzəşt etməyib.
Etdiyi məsuliyyətsiz hərəkətə görə aldığı cəzanı Tarıverdiyev aylıq maaşından ödəyəcək.