“Neftçi”nin Avstraliya yığmasının hücumçusu Nikita Rukavitsaya təklif etdiyi müqavilənin müddəti və məbləğı məlum olub.

Rekord.az-ın məlumatına görə, “ağ-qaralar” 34 yaşlı forvardla 2 illik anlaşmağa cəhd göstərir.

“Yaşıl qitə”dən olan legioner Bakıdan aldığı çağırışı qəbul eləsə, bu müddət ərzində 900 min avro qazanacaq.

Onun son klubu “Makkabi” (Hayfa) olub. Hazırda azad agent status daşıyan hücumçu ötən mövsüm İsrail təmsilçisinin heyətində 22 oyuna 19 qol vurub.

Forvard daha əvvəl Niderlandda "Tvente", Almaniyada "Herta", "Maynts" və "Frankfurt"un da şərəfini qoruyub. (sportinfo.az)