"Neftçi"nin "Səbail"dən ayrılan  Səlahət Ağayevlə danışıq aparması klub azarkeşlərinin ciddi etirazına səbəb olub.

Rekord.az xəbər verir "ağ qara"lı azarkeşlər Səlahəti "Neftçi"də görmək istəmir.

Buna səbəb Ağayevin "Sabah"da oynadığı zaman "Neftçi" ilə ölkə kubokunun 2022-ci ildə 1/4 final mərhələsi çərçivəsində Masazırda oynanılan matçında "Neftçi" azarkeşlərinə orta barmağını göstərməsi olub. Həmin hərəkətdən 1 dəq öncə isə Ağayev həmin vaxt "Neftçi"də oynayan Stankoviçi vurduğu üçün qarşısında qırmızı vərəqə görmüşdü.