"Neftçi" azarkeşlərindən növbəti müraciət
- 02 Noy 2023 01:50
- 444
"Neftçi əzəməti" adlı qrupun üzvləri olan bir qrup "Neftçi" azarkeşi "Sabah"a məğlubiyyətdən sonra müraciət yayıb.
Rekord.az həmin müraciəti sizə təqdim edir:
Çox dəyərli və sadiq "Neftçi"sevərlər! "Sabah"a məğlubiyyət son damla idi, artıq bıçaq sümüyə dirənib. Aramsız olaraq səhifələrdə, qruplarda, klubda hökm sürən xaosun, savadsız və səviyyəsiz idarəçiliklə əlaqədar çoxlu iradlar, nöqsanlar haqqında həm biz, həm də digər fanatlar qruplarında, səhifələrində şərhlərimiz, paylaşımlarımız rəhbərlik tərəfindən qulaq ardın vurulur. 1 il ərzində heç bir müsbət irəliləyiş görünmədi və şübhəsiz də belə davam edəcək, heç bir irəliləyiş də olmayacaq. Buna görə də biz "Neftçi" Əzəməti qrupunun ağsaqqal azarkeşləri, əməli addımlar atmaq qərarına gəlmişik.Yaxın zamanlarda 200-300 nəfərlik bir auditoriyada geniş bir tərkibdə yığıncaq keçirməyi planlaşdlrırıq. Bu yığıncağa bütün "Neftçi" fanatları qruplarının nümayəndələri də təşrif buyurub gələ bilərlər və dəvətlidirlər. Yığıncağa tv və mediya nümayəndələrini də dəvət edəcəyik ki, geniş rezonas doğursun. Bu yığıncaqda "Neftçi"nin başına açılan oyunlardan, şişirdilirmiş qiymətlərlə, 5-6 ay futboldan uzaq qalmış, tibb müayinələrdən keçmələri şübhə doğuran, davamlı zədələrə yönlü səviyyəsiz futbolçulara, məşqçilər heyətinə sərf edilən milyonlarla avronun dövlət büdcəsindən tar-mar edilməsi ilə bağlı, klubun şou-bizneş obyektinə çevrilməsi ilə əlaqədar, klub idarəçiliyinin futbolla anlayışı olmayanlara tapşırılması ilə çox qeyri-peşəkarcasına idarə olunması ilə bağlı, fikirlər-dinləmələr olacaq. Sonda isə bütün bunlar təfsilatı və əsalı faktlarla yazılı şəkildə Ölkə Prezidentinə göndəriləcək. Bu yığıncaqda "Neftçi"mizin taleyinə biganə qala bilməyən veteran futbolçularımızı, futbol funksionerlərimizi, futbol ekspertlərini də dəvət edirik. İndi bu yığıncağın keçiriləcəyi məkanla bağlı şeçimlər edirik. Yaxın zamanlarda saytlar vasitəsi ilə, qrupumuzda, digər səhifvələrdə bu haqda elan verəcəyik. Bu gün "Neftçi" idarəçiləri klubumuzu sevmirlər, delitantların əllərində "Neftçi"miz məsxərə, gülüş obyektinə çevrilib. Biz neftçisevərlər ordusu buna imkan verməyəcəyik, çünki "Neftçi"ni sevirik, onunla nəfəs alırıq. Biz neftçisevərlərin missiyasıdır, klubu bu iflic xəstəliyindən qurtarmaq. "Neftçi" heç zaman fərdlərin şəxsi əmlakı ola bilməz, "Neftçi" heç bir zaman, heç kimə vəsiyyətlə verilə bilməz. "Neftçi" bizlərə ata-babalarımızın mirasıdır, xalqındır.. "Neftçi" bizim, həm də dövlətindir. Biz xalqı və dövləti isə ürəkdən sevən İlham Əliyev kimi Prezidenti var. Əbəs yerə deməyib hörmətli Prezidentimiz, mən hər bir vətəndaşın prezidentiyəm. Bu sözləri həmişə Möhtərəm Prezidentimiz əməlləri, sözləri ilə sübut edib. Ümid edək ki, işlərinin çox olnasına rəğmən Möhtərəm Prezidentimiz özünün də azarkeşlik elədiyi xalq komandası olan "Neftçi" azarkeşlərinin arzusunu iradlarını nəzərə alaraq klubda aparılan qeyri-peşəkarlığa, dövlət büdcəsindən ayrılan vısaitlərin kor-koranə havaya sovrulmasının qarşısını birdəfəlik almaqla, biz azarkeşlərə ümidlər verəcək.