“Neftçi” Azərbaycan çempionatlarında 75-ci ev məğlubiyyətini alıb.


Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXX turuna təsadüf edib.


“Zirə”yə 2:4 hesabı ilə uduzan “ağ-qaralar” öz meydanındakı 473-cü görüşdə 75-ci dəfə xalsız qalıb.


Bu qarşılaşmada buraxılan ilk top isə qonaqların 350-ci qolu olub.