8 iyun 2012-ci il. "Kapital Bank U-15 Liqası"nın “Neftçi” və “Bakı” arasında final matçı. “Ağ-qaralar” 1:0 hesabı ilə qalib gəlib çempion olsalar da, qarşılaşma oyundan daha çox, oyunsonrası ilə yadda qalmışdı. Daha doğrusu, final fitindən sonra düşən böyük dava və qalmaqalla.

Aləm bir-birinə dəymişdi. Əvvəlcə gənc futbolçular dalaşmışdı, sonra isə klubların rəsmiləri şillə-təpik ölçüsünə çıxmışdılar. "Rekord.az" "Dalğa Arena”da yaşanan bu hadisənin videosunu sizə təqdim edir: