3x3 basketbol üzrə "Neftçi" komandası Dünya Qadın Seriyasının Fransanın Bordo şəhərindəki mərhələsində 1/4 finala yüksəlib.

Rekord.az xəbər verir ki, "ağ-qaralar" C qrupunda ilk olaraq Fransa millisinə 12:16 hesabı ilə məğlub olsa da, Polşa seçməsinə qalib gələrək (14:13) mərhələ adlayıb.

Azərbaycan təmsilçisi bu raundda Kanada kollektivi ilə görüşəcək, qarşılaşma iyulun 20-də baş tutacaq.

Xatırladaq ki, "Neftçi" daha əvvəl Şuşa və Netanya (İsrail) mərhələlərində qalib olub.