Cari mövsüm "Neftçi"də özlərini doğurultmayan Harramizlə Mbocun klubdan ayrılacağı gözlənilir.

Rekord.az xəbər verir ki, baş məşqçi Samir Abasov sözügedən futbolçulara o qədər də inanmır.

Odur ki, bu futbolçuların göndərilməsini istəyir. Lakin rəhbərliyin məsləhəti ilə, yanvara qədər onlara yenidən şans verəcək. Yanvarda isə hər iki futbolçu ilə bağlı yekun qərar veriləcək.