“Neftçi” Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışını davam etdirir. 

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar” toplanış çərçivəsində sonuncu məşqinə çıxıb.

Toplanışa isə bu gün – iyulun 25-də yekun vurulacaq. Bunadək Türkiyənin “Alanyaspor” (3:1), “Sivasspor”a (2:1) və “Erzurumspor” (0:0) klubları ilə qarşılaşmış komandamız sonuncu sınaq matçını Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçisi “Əl-Oruba”ya qarşı keçirəcək.

“Palandöken Yüksek İrtifa Camp Facilities”də olacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.