![photo](https://www.rekord.az/storage/uploads/5/1688461939-caf91de5-3ca0-3c92-a529-1724e7e47217-850.jpg)
“Neftçi” bu gün “Spartak”la qarşılaşacaq
- 18 İyl 2023 11:30
- 318
“Neftçi”nin Rusiya toplanışı başa çatmaq üzrədir.
Rekord.az xəbər verir ki, paytaxt klubu bu gün Moskvada yoxlama oyunu keçirəcək.
“Ağ-qaralar” yerli “Spartak”la üz-üzə gələcəklər. “Otkrıtiye Bank Arena”da təşkil olunacaq oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Komanda sabah - iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.