“Neftçi” bu qış Türkiyədə hazırlaşacaq
- 22 Dek 2023 22:26
- 238
“Neftçi” qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq Antalya şəhərindəki Belek bölgəsində təşkil olunacaq.
2024-cü il yanvarın 4-dən 14-dək “Gloria Sport Arena”da məskunlaşacaq kollektiv bu müddət ərzində 2 yoxlama matçı keçirəcək. Oyunların təqvimi və rəqiblər hələ ki bəlli deyil.
“Neftçi” Azərbaycan Premyer Liqasında 17 turdan sonra 25 xalla 5-ci pillədə qərarlaşıb.