“Neftçi” Çempionlar Liqasında mübarizəyə başlayır
- 04 Sen 2024 13:30
- 159
Bu gün "Neftçi"nin qadınlardan ibarət komandası UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.
Rekord.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv turnirin 1-ci mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə üz-üzə gələcək.
Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
2-ci qrupda “Vlajniya” ( Albaniya) və “Lançxuti” (Gürcüstan) komandaları də yer alıblar. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biri ilə qarşılaşacaq.