Daha öncə də xəbər verdiyimiz kimi, "Neftçi" rəhbərliyi futbolçulara vəd etdiyi çempionluq mükafatını hələ də tam olaraq ödəməyib.


Rekord.az-ın əldə etdiyi məlumata görə, problem SOCAR-la bağlıdır.


Sözügedən qurumda aparılan sistem və idarəetmə dəyişikliyindən sonra ayrılan bütün maliyyələrə ciddi nəzarət var.
Ona görə də tez-tez büdcədən pul çıxarmaq olmur. "Neftçi" rəhbərliyi məsələ ilə bağlı müraciət etsə də, hələlik qalan mükafatın ödənilməsi üçün SOCAR-ın büdcəsindən pul çıxarılmasına nail ola bilmir.