"Neftçi" futbolçuları çempionluq üçün vəd olunan mükafatə hələ də almayıblar.

Rekord.az-a daxil olan məlumata görə, futbolçulara bu yaxınlarda pul paylanılsa da, bu, çempionluğa görə vəd olunan pul olmayıb.

Həmin pul çempionatın son turlarında qazanılan qələbələrin mükafatı olub. Çempionluğa görə mükafatın məbləği daha yüksəkdir və bunun üçün SOCAR-dan əlavə vəsait ayırılmalıdır.