«Neftçi» bir neçə ildir Çexiyada legioner həyatı yaşayan Fərid Nəbiyevi Azərbaycana qaytarmağa çalışır.

Rekord.az xəbər verir ki, bakılılar «Qəbələ»nin yetirməsi olan yarımmüdafiəçini «Viktoriya»dan icarəyə götürmək niyyətindədir.

U-21 yığmamızın üzvünün Jirkov təmsilçisi ilə sözləşməsi gələn ilin yayına qədərdir.

Fəridin özü də birinci liqa klubunda çox qalmağı arzulamır. Hər halda daha iddialı komandada çıxış etmək fikri var.

Çexiyada ilk olaraq «Slaviya»nın formasını geyinmiş Nəbiyev yerli yüksək liqadan təklif almasa, yəqin ki, yolunu «Neftçi»dən salacaq. Necə də olmasa, «ağ-qaralar»ın ona marağı ciddidir. (sportinfo.az)