“Neftçi” Dabonun klubda qalmasının tərəfdarıdır. Lakin ortada bir problem var.  Futbolçu maaşının artırılmasını tələb edir. Klub isə bunu qəbul etmir.

Rekord.az xəbər veri ki, klub bu məsələni millinin Malta tolanışından sonra, yəni aprel ayında müzakirə edilməsi ilə bağlı futbolçu ilə razılığa gəlmişdi.

Çünki klubun maliyyə durumunu və büdcəsini dərindən analiz etmək lazımdır. Yalnız bundan sonra Dabonun tələbinə müsbət və ya mənfi cavan veriləcəyi məlum olacaqdı. Lakin koronavirusla bağlı yaranmış vəziyyət səbəbindən tərəflər məsələnin müzakirəsini may ayına saxlamağa qərar verib.