"Neftçi" rəhbərliyi 2 gün öncə "Qarabağ"ın formasında fotosu yayılan Baqali Dabonu cərimələyib.

Rekord.az xəbər verir ki, bu haqda klubun ən fəal azarkeş səhifəsi olan "Neftchi Baku [Fan Page]" məlumat yayıb.

Səhifədə futbolçunun məşqlərə buraxılmaması ilə yanaşı, 1 aylıq məvacibindən, yəni 25 min dollardan məhrum edildiyi bildirilib.