Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov ARB kanalına açıqlama verib.

Rekord.az xəbər verir ki, 42 yaşlı mütəxəssis yeni hücumçu alacaqlarını bildirib:

"Çalışacağıq ki, hücumçu məsələsini tez həll edək. Bundan əlavə, dayaq yarımmüdafiçi də axtarırıq. Ancaq əsas fikrimiz hücumçu transferinin üzərindədir.

Bu səbəbdən hələ ki yarımmüdafiəçi mövqeyinə baxmırıq. Toplanış keçmişik və fiziki baxımdan komanda normal vəziyyətdədir.Yeni oyunçulara bir az vaxt lazım olacaq. Yeni transferlərin fiziki vəziyyətləri ilə digər futbolçuların durumları eyni deyil. Çalışırıq ki, eyni ritmə gəlsinlər".