“Neftçi” yetirməsi Fəhmin Muradbəyli ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Yeni anlaşmaya əsasən, yarımmüdafiəçi 2023-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.

25 yaşlı futbolçu 2013-2017, 2020-2021-ci illər ərzində “Neftçi”nin heyətində 85 rəsmi oyunda meydana çıxıb, 6 qola imza atıb.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl digər yetirməsi Ömər Buludovla yeni müqavilə bağlamışdı.