AFFA-nın ardından "Neftçi" də baş məşqçi axtarışına ara verib. 

Rekord.az xəbər verir ki, bakılılar da əcnəbi baş məşqçinin xidmətində maraqlıdır.

Lakin pandemiya səbəbindən klub rəhbərliyi hələlik bu məsələni dondurmağa qərar verib. Üstəlik, çempionatın bundan sonrakı taleyi də naməlum olaraq qalır. Odur ki, ən azı mövsümün sonuna kimi, komandanı Füzuli Məmmədov çalışdıracaq.