"Neftçi" Polşada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Katovitse mərhələsində mübarizəni dayandırıb.

Rekord.az xəbər verir ki, B qrupundakı sonuncu matçında Litva millisinə 20:22 hesabı ilə məğlub olan Bakı klubu turnirlə vidalaşıb.

Xatırladaq ki, "Neftçi" qrupdakı ilk görüşündə İtaliya millisi ilə bacarmamışdı - 10:13.

“Neftçi”dən öncə Azərbaycanın 3x3 basketbolu üzrə milli komandası da mübarizəni erkən dayandırmışdı.