"Qarabağ"ın ardından "Neftçi" də transfer məsələsini qapadıb.

Rekord.az xəbər verir ki, klub qışa qədər futbolçu transfer etməyəcək.

Bir də yanvar ayında yeni futbolçu axtarışına çıxılacaq.

Qeyd edək ki, ölkədə transfer pəncərəsi bağlansa da istənilən klub azad agent statusu daşıyan, yəni boşda qalan istınilən futbolçunu heyətinə qatmaq hüququna malikdir.