Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2 qarşılaşma keçirilib. "Rekord.az" xəbər verir ki, günə “Xilasedici” – “Neftçi” qarşılaşması ilə start verilib. 

Matç debütantın qələbəsi ilə başa çatıb. "Xilasedicilər" lider “Neftçi”dən 3 xal almağı bacarıblar.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində baş tutan ikinci görüşdə “Express”lə “Murov” üz-üzə gəlib. Bu dəfə isə ikincilər asanlıqla rəqiblərini məğlub ediblər. 

Bu qarşılaşmalardan sonra 3 oyun keçirən “Neftçi” 6 xalla yenə liderdir. “Murov” 5 xalla ikinci pilləyə yüksəlibsə, “Xilasedici” ilk 3 xal sayəsində 4-cü yerə qalxıb. 

Yüksək Liqa
“Xilasedici” – “Neftçi”  3:1 (26:24, 19:25, 25:23, 25:20)
“Express” - “Murov”  0:3 (14:25, 14:25, 14:25)