Bu gün Misli Premyer Liqasında 14-cü tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə daha 2 görüş baş tutub.

Əvvəlcə, “Neftçi” doğma meydanda “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirib. Tərəflər bu oyundan bərabərliklə ayrılıblar.

Turun son matçında isə “Sumqayıt”la “Zirə” üz-üzə gəliblər. Bu matçda da qalib müəyyənləşməyib.

Daha öncə “Sabah” “Qarabağ”a uduzub (1:2), “Qəbələ” “Turan Tovuz”a qalib gəlib (4:0), “Səbail” – “Kəpəz” matçı isə heç-heçə bitib – 0:0.

Misli Premyer Liqası
14-cü tur

26 noyabr

“Neftçi” – “Araz-Naxçıvan” 1:1
Qollar: Yuri Matias, 41 - Orxan Əliyev, 90+3.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural Qurbanov
“Neftçi Arena”, 15:30.

Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 14. Eddi İsrafilov, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 21. İsmayıl Zülfüqarlı, 4. Mark Tamaş, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 2. Abdulla Rzayev, 19. Aksel Nqando, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.

“Sumqayıt” – “Zirə” 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
“Kapital Bank Arena”, 18:00.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka, 18. Kristian Velinovski.
Məşqçi: Mübariz Orucov.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 4. Ruan Renato, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrilla.
Baş məşqçi: Rəşad Sadıqov.