“Neftçi“ “YAŞAT” Fondu ilə yaxın əməkdaşlıq etməyi qərara alıb.

Rekord.az xəbər verir ki, paytaxt klubu bundan sonra hər ay sözügedən fonda vəsait köçürəcək.

Bunun üçün sabit məbləğ nəzərdə tutulmayıb. Yəni ki, hər ay nə qədər pul toplamaq mümkün olarsa, o qədər.

Bəs bu vəsait haradan və necə toplanacaq? Əsasən A komaandanın hesabıına.

Məşqçilər və futbolçular istər aldıqları maaşdan, istərsə də qazandıqları mükafatdan ianə edəcək. Kimin ürəyindən nə qədər keçərsə. Bu, kollektiv üzvlərinin öz ixtiyarına buraxılıb.

Həmçinin klubda çalışanlar da aksiyada iştirak edəcək. Yüksək vəzifə daşıyanlardan xadimə və aşpaza kimi. Sonuncu kateqoriyaya daxil olan şəxslərin maaşından bu məqsədlə 5 manat tutulması qərara alınıb. (sportinfo.az)