"Neftçi"nin heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı məlum olub.

Rekord.az "Ajanspor"a istinadən xəbər verir ki, "ağ-qaralar" Fransanın "Şatoru" klubunun hücumçusu Şeyk Diarraya dəvət göndərib.

İddiaya görə, paytaxt təmsilçisi malili forvarda illik 200 000 avro təklif edib.

28 yaşlı futbolçu daha əvvəl Fransada "Renn", "İstr", "Oser", "Paris" və "Tur" klublarının da formasını geyinib. 2018-ci ildən "Şatoru"da çıxış edən Diarra 25 oyunda 3 qol vurub. (sportinfo.az)