Mik Benetin gedişindən sonra "Neftçi"nin İdman Akademiyasının rəhbəri postu boş idi. "Neftçi"nin prezidenti Kamran Quliyev bir müddət bundan əvvəl saytımıza açıqlamasında yaxın günlərdə bu məsələyə aydınlıq gələcəyini demişdi. Lakin sonradan bu məsələdən heç bir xəbər çıxmadı.

Rekord.az-a daxil olan məlumata görə, yeni rəhbərin təyin olunmamasının səbəbkarı klubun idman direktoru Ceyhun Sultanov olub.

Belə ki, o, klub prezidenti Kamran Quliyevi inandıra bilib ki, bu posta kimisə gətirməyə ehtiyac yoxdur və o, özü bu işi icra edə bilər. Quliyev də dostuna inanıb və akademiyaya rəhbərliyi Sultanova tapşırıb. Hazırda Ceyhun Sultanov "Neftçi" Futbol Akademiyasında əsas söz sahibidir və bütün təyinatlar onun idarəçiliyi ilə gerçəkləşdirilir.