Voleybol üzrə kişilər arasında ölkə birinciliyində daha ir oyun baş tutub. "Rekord.az" xəbər verir ki, bu dəfə "Neftçi" və "AZERRAIL" klubları üz-üzə gəliblər. 

Voleybol Mərkəzində baş tutan görüş kifayət qədər gərgin alınıb. Tərəflər hərəyə iki set qazandığından cütün taleyinə tay-breykdə aydınlıq gəlib. Həlledici hissə də daha dəqiq oynayan "AZERRAIL" meydandan 3:2 hesablı qələbə ilə ayrılıb 

 

29 noyabr

Yüksək Liqa 

   "Neftçi" - “AZERRAIL” 2:3 (31:33, 29:27, 16:25, 25:17, 12:15)