"Neftçi" gərgin mübarizədə məğlub oldu
- 13 Mar 2020 21:09
- 1014
Voleybol üzrə ölkə birinciliyində kişilərin mübarizəsində növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın növbəti turu çərçivəsində "MOİK" və "Neftçi" üz-üzə gəlib.
Görüş gərginliyi ilə yadda qalıb. Oyuna daha yaxşı başlayan "Neftçi" ilk iki seti qalib başa vurub. Lakin "MOİK" sonradan təşəbbüsü ələ ala bilib. Ardıcıl 3 hissədə qələbə qazanan komanda qarşılaşmadan 3:2 hesablı qələbə ilə ayrılıb.
Azərbaycan Yüksək Liqası
13 mart
"MOIK" -“Neftçi” 3:2 (16:25, 21:25, 25:20, 25:22, 17:15)