"Neftçi" gərgin oyundan qalib ayrıldı
- 11 Apr 2022 12:25
- 489
Voleybol üzrə Azərbaycan çempionatında kişilərin mübarizəsində növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Yüksək Liqada IV dövrənin oyunları start götürüb.
“Murov” voleybol klubunun idman zalında təşkil olunan XVI turun ilk qarşılaşmasında “Neftçi” MOİK-i sınağa çəkib. Matçın qalibi tay-brekdə müəyyən olunub. Birinci hissədə 25:23 hesabı ilə qalib gəlib MOİK növbəti 2 setdə 21:25, 22:25 hesabı ilə məğlub olub. Dördüncü hissəni Eldar Əliyevin komandası 25:22 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib - 2:2. Həlledici setdə 15:9 hesabı ilə qalib gələn “Neftçi” görüşün hesabını müəyyənləşdirib -3:2.
Günün ikinci matçında “Ekspress” “Murov”la görüşüb. Bu qarşılaşmada isə qalib 3 hissədə müəyyən olunub. “Murov” voleybolçuları 3 xalı rəqibini 3:0 (25:12, 25:22, 25:14) hesabı ilə məğlub etməklə əldə edib.
Beləliklə, XVI turdan sonra “Murov” 35 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Neftçi” 30 xalla ikinci, MOİK 22 xalla üçüncü, “Ekspress” 6 xalla dördüncü, bu turda istirahət edən Sərhədçi” isə 3 xalla sonuncudur.