Donald Geryenin "Neftçi"dəki taleyinə hələ də aydınlıq gəlməyib.

Rekord.az-a daxil olan məlumata görə, klub rəhbərliyi iyunun 1-də müqaviləsi başa çatacaq futbolçuya yeni müqavilə təklif edib.

Lakin futbolçu maaşının artırılmasını tələb edib. Hazırkı şərtlərdə isə "Neftçi" bunu edə bilmir. Rəhbərlik haitili futbolçunu dilə tutmağa çalışsa da hələlik ondan müsbət cavab ala bilməyib.