Ağsunu təmsil edən “Neftçi” I Divizionda çıxış edə bilər.

Rekord.az xəbər verir ki, sözügedən komandaya artıq “Neftçi” İdman Klubu sponsorluq edir.

Sadıq Sadıqovun rəhbərlik etdiyi idman klubu Ağsu təmsilçisini himayəsinə götürüb. Məhz bundan sonra ağsulular I Divizionda oynamaq fikrinə düşüblər. Əgər büdcə normal olsa, komanda AFFA-ya müraciət edəcək.