Koronavirus pandemiyası səbəbindən ölkə çempionatında fasilə yaranmasına və futbolçular istirahətdə olmasına baxmayaraq, bəzi klublar gələcək üçün futbolçu gözaltı etməyi də unutmurlar.

Rekord.az-a daxil olan məlumata görə, “Neftçi” də hazırda iki əcnəbi futbolçu ilə internet üzərindən danışıq aparır.

Avropadan olan hər iki futbolçu ön xətdə çıxış edir. Onu da öyrəndik ki, danışıqları klubun prezidenti Kamran Quliyev şəxsən aparır.  Karantin dövrü başa çatandan sonra hər şey yaxşı olsa, futbolçuların Bakıya dəvət edilməsi gözlənilir.