"Neftçi" və "Pendikspor"a qarşı doğma meydanda iki matçımız olacaq. Bu matçlarda komandamdan daha həvəsli və sürətli oyun gözləyirəm".

Rekord.az xəbər verir ki, bunu Türkiyənin "Beşiktaş" komandasının baş məşqçisi Şenol Günəş "Fatih Karagümrük"ə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri Super Liqanın ilk turunun qarşılaşmasından sonra mətbuat konfransında deyib.

71 yaşlı mütəxəssis görüşün ilk hissəsində sərgilədikləri oyun üçün azarkeşlərdən üzr istəyib: "Bura qələbə qazanmaq üçün gəlmişdik. Bütün futbolçuların da eyni fikirdə olduğunu düşünürəm. Amma istəklərimiz meydanda tam əks olunmadı".

Təcrübəli baş məşqçi zədəli olan Raşid Gezzalın durumu haqqında da danışıb: "O, getdikcə yaxşılaşır və hazırda fərdi məşqlərə başlayıb".

"Neftçi" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında Bakıda "Beşiktaş"a yenilib - 1:3. Cavab qarşılaşması avqustun 17-də “Beşiktaş”ın meydanında keçiriləcək.