Avstriyanın “Rapid” (Vyana) komandasının hücumçusu Qvido Burqstaller Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Rekord.az xəbər verir ki, Bakıda baş tutan və 1:2 hesabıyla məğlub olduqları matçda komandasının yeganə qoluna imza atan futbolçu bunları söyləyib:

“İlk yarıda pis çıxış etdik, futbol oynamağa cəhd etmədik. Fasilədən sonra "Neftçi" səhvimizdən yararlanaraq, ikinci topu vurdu. Görüşün sonlarındakı təsəlli qolu bizim üçün çox vacib idi. Çətin olsa da, hər şey cavab görüşü üçün hələ də açıq qalır. Evə, iki cavabsız top buraxaraq dönmək çox məyusedici olardı. Hər zaman belə xoşagəlməz hallarla üzləşmişik. Sevinirik ki, uzatma dəqiqələrində qol vurduq. Bu, çox vacib idi”.

Burqstaller avqustun 11-də keçiriləcək cavab oyununda yaxşı oyun sərgiləmələrinin vacibliyini dilə gətirib: "Bilirik ki, bunu edə bilərik".