Bir neçə gün bundan qabaq "Neftçi"nin futbolçusu Rəhman Hacıyevin paylaşdığı şəkil birmənalı qarşılanmadı və "Qarabağ" azarkeşləri tərəfinən qıcıqla qarşılandı.

 

Rekord.az xəbər verir ki Ağdam klubunun futbolçuları tərəfindən buna heç bir cavab olmadı.

 

Ümumiyyətlə baş məşqçi Qurban Qurbanov tərəfindən bununla bağlı ciddi tapşırıq var. Qarşı tərəfin heç bir atmacasına cavab verilməyəcək. Eyni zamanda bizə daxil olan məlumata görə Qurbanov "Neftçi" ilə oyuna kimi bütün futbolçularına mətbuata açıqlama verməyi qadağan eliyib.