Futbol üzrə Şimali Makedoniya çempionatında ötən gün 2020/21 mövsümünə start verilib.

Rekord.az xəbər verir ki, ilk turda “Şkupi" evdə "Şkendiya" ilə qarşılaşıb. 

Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 2:2. Meydan sahiblərinin hər iki qolunu qambiyalı vinger Dembo Darboe vurub. Qonaqlardan isə Lyupço Doryev və Valon Əhmədi fərqləniblər.

"Şkupi" Avropa Liqasında "Neftçi" ilə, "Şkendiya" isə "Sumqayıt"la qarşılaşacaq.