Sabir Buqrin “Neftçi” ilə müqaviləni uzatmaqdan imtina edib.

Rekord.az xəbər verir ki, bu barədə məlumatı sportinfo.az paytaxt klubundan alıb.

Redaksiyamıza verilən informasiyaya görə, yarımmüdafiəçi gələn ilin yayında bitəcək kontraktı yeniləmək istəməyib.

Baxmayaraq ki, sözləşməsinin müddətini daha 2 il artırmaq müqabilində ona daha çox qazanc vəd olunub. Maaş artımı ilə barəbər.

Yaxınlarda Mərakeş yığmasının seleksiya toplanışına dəvət alan Buqrin digər təklifləri dəyərləndirəcəyini bildirib.