“Neftçi” yarımmüdafiəçisi Eddi İsrafilovla yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçunun başa çatan müqaviləsi yenilənməyib. 

2022-ci ilin yanvarında "Neftçi"yə transfer olunmuş İsrafilov bu müddət ərzində 71 oyunda 7 qol vurub.