![photo](https://www.rekord.az/storage/uploads/4/kamran-5.png)
“Neftçi” Kamran Quliyev erası bitdi! RƏSMİ
- 24 İyl 2023 13:15
- 395
Kamran Quliyev “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti vəzifəsindən azad edilib.
Rekord.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın rəsmi “Facebook” səhifəsi məlumat yayıb.
Paytaxt təmsilçisi ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, 2018-ci ildən kluba rəhbərlik edən Kamran Quliyevin dövründə “Neftçi” ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.