Bu gün Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçı Gəncədə olub. "Kəpəz" tarixi derbidə "Neftçi"ni sınağa çəkib. Bu görüşdə meydan sahibləri sürpriz qələbəyə imza atıblar.

Tur Bakıda "Sabah" və "Qəbələ" komandaları arasında keçirilən oyunla tamamlanıb. Meydan sahibləri bu oyunda 5 cavabsız qolla qalib gəliblər.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"ı 3:0, "Sumqayıt" "Səbail"i 4:1, "Zirə" isə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası
1-ci tur

6 avqust

"Kəpəz" - "Neftçi" 1:0
Qol: Mate Kvirkviya, 44-pen.
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Gəncə şəhər stadionu.

Kəpəz: 1. Vladislav Vasilyuçek, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 22. Rüfət Əhmədov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 10. Tural Rzayev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov, 66. Arzu Atakişiyev.
Baş məşqçi: Azər Məmmədov.
Neftçi: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 23. Ataa Caber, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 4. Mark Tamaş, 44. Yuri Matias, 11. Kilan Lebon.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 14. Eddi İsrafilov, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 82. Rüfət Abbasov, 5. Kenni Sayef, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.

"Sabah" - "Qəbələ" 5:0
Qol: Emmanuel Apeh, 21. Anatoli Nuriyev, 36. Aleksey İsayev, 45. Coy Lens Mikels, 56. Tellur Mütəllimov, 79.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
"Bank Respublika Arena".

Sabah: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev (k), 7. Boyan Letiç, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 12. Vensan Till, 27. Jarl Marqarita.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 6. Şakir Seyidov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 20. Coy Lens Mikels, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.
Qəbələ: 13. Kristof Atanqana, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 24. Xəyal Xudaverdiyev, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.