“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Kəpəz”lə ilk oyunun hazırlığını yekunlaşdırıb.


Rekord.az xəbər verir ki, “ağ-qaralar” bu gün matçın keçiriləcəyi Tovuz şəhər stadionunda oyunöncəsi son məşqə çıxıb.


Hələ də bərpa dövrü keçən futbolçularımız – Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo ilə yanaşı, “Şamaxı” ilə oyunda zədələnən Edvin Kuç və Andrey Ştoqrin, həmçinin səhhəti ilə əlaqədar Azər Əliyev də kubok görüşünü buraxacaqlar.


Fevralın 5-də keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu saat 16:00-da başlanacaq.