“Neftçi” Premyer Liqanın qarşıdakı 8 oyununun hazırlığını davam etdirir.

Rekord.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən həftəsonu yaşayış yerini tərk etmək qadağasına görə istirahət etmək məcburiyyətində qalmış komandanın üzvləri bu gün axşam məşqinə çıxacaq.

"Ağ-qaralar”ın hazırlıq çərçivəsində "Keşlə” ilə iyunun 9-da keçirəcəyi yoxlama matçının da vaxtı dəyişdirilib. Qarşılaşma bir gün sonraya təxirə salınıb. İyunun 10-da “Neftçi”nin bazasında baş tutacaq oyuna saat 18:00-da start veriləcək.