“Neftçi” bu gün Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxıb.

Rekord.az xəbər verir ki, “ağ-qaralar” Avstriyada “Rapid” (Vyana) klubunun qonağı olub.

Qarşılaşmanı norveçli FİFA referisi Rohit Saqqinin başçılıq etdiyi hakimlər briqadası idarə edib.

Bakıdakı ilk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı. Mərhələ adlamaq üçün “Neftçi”yə heç-heçə də bəs edirdi. Lakin təəssüf ki, əlavə vaxta gedən bu oyunun yekununda sevinən tərəf Avstriya təmsilçisi olub.

Bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcəkdi. Lixtenşteyndəki ilk oyunda qalib müəyyənləşməmişdi – 1:1. Cavab görüşündə “Vaduts” 4:2 hesablı qələbəyə sevinib. Beləliklə, pley-offda “Rapid”lə “Vaduts” üz-üzə gələcək.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu

11 avqust

Rapid – Neftçi 2:0
Qol: M.Qrüll, 66. F.Druif, 113.
Hakimlər: Rohit Saqqi, Qeyr İsaksen, Morten Yensen, Sivert Öksnes Amland (hamısı Norveç).
Vyana, “Allianz” stadionu.

Rapid: 45. Niklas Hedl, 6. Kevin Vimmer, 7. Nikolas Kün, 9. Qvido Burqstaller, 13. Torsten Şik, 20. Maksimilan Hofmann (k), 22. Martin Kostselnik, 24. Patrik Qrayl, 27. Marko Qrüll, 29. Ante Bayiç, 34. Nikolas Satlberger.
Ehtiyat oyunçular: 21. Bernhard Unger, 25. Paul Qartler, 5. Roman Kerşbaum, 8. Kristof Knasmüllner, 10. Yusuf Dəmir, 19. Mixael Sollbauer, 23. Yonas Auer, 28. Morits Osvald, 38. Ferdi Druif, 39. Rene Krivak, 41. Bernhard Zimmerman, 43. Leopold Kverfeld.
Baş məşqçi: Ferdinand Feldhofer.
Neftçi: 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 2. Mert Çelik, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov.
Baş məşqçi: Laurentsiu Regekampf.