«Neftçi» yeni qapıçı transferi istiqamətində fəaliyyətini bərpa edib.

Rekord.az xəbər verir ki, Aqil Məmmədovun son vaxtlar tez-tez zədələnməsi paytaxt klubunu təkrar hərəkətə gətirib.

Kamran İbrahimovun ümidinə qalmaq istəməyən Samir Abasovun ilk hədəfi də artıq məlumdur – «Zirə»dən Anar Nəzirov.

İlk dəfə Şahin Diniyevin dönəmində – təqribən 15-16 il öncə milliyə cəlb olunmuş kiperlə danışıqlar başlayıb.

Bu ilin yayında «Qəbələ»dən ikinci dəfə «Zirə»yə qayıtmış Nəzirov hazırda oyun praktikası qazanmır.

O, Premyer Liqanın cari mövsümündə hələ debüt imkanı əldə etməyib. Mehdi Cənnətovun kölgəsində qalan Anar «Neftçi»nin təklifinə müsbət yanaşır. (sportinfo.az)